Son yeniləmə · İlk xəbər ↓
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Məlumata görə, hazırda iki nəfərin axatrışları davam edir.
İlk xəbər · Son yeniləmə ↑
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən yeddimərtəbəli yaşayış binasının dağıntılarının altından bir nəfərin meyiti çıxarılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, hazırda 3 nəfərin axtarışları davam edir.