Əsas məzmuna keç

ÜST İsrailin Livanda fosforlu sursat istifadəsini araşdırır

ÜST İsrailin Livanda fosforlu sursat istifadəsini araşdırır

Abdinasir Abubakar Cenevrədə kimyəvi maddələrin tətbiqi ilə bağlı təhqiqatın gedişatını açıqladı. Human Rights Watch-un iddiaları və yaralılar barədə son faktlar.

en ru

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin Livana hücumlarında fosforlu sursatlardan istifadə etməsi barədə məlumatlar alıb və vəziyyəti araşdırmağa davam edəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ÜST-ün Livandakı nümayəndəsi Abdinasir Abubakar Cenevrədə deyib.

"Biz bu məlumatları almışıq. Xəstəxanalarla əlaqə saxlamışıq. Hazırda keçmişdə fosfor və ya digər maddələrin istifadəsi ilə bağlı hər hansı bir xəsarət barədə heç bir məlumat almamışıq. Biz belə şəxsləri müəyyən etmək üçün vəziyyəti araşdırır və izləyirik", - o qeyd edib.

Qeyd edək ki, martın 6-da Livan silahlı qüvvələrindəki mənbə İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı yaşayış məntəqələrinə endirilən zərbələrdə fosfor tərkibli mərmilərdən istifadə etdiyini bildirmişdi.

Martın 9-da "Human Rights Watch" təşkilatı İsrail ordusunun Livanın cənubunda fosfor mərmilərindən istifadə etdiyini təsdiqlədiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…