Əsas məzmuna keç

ABŞ-nin çox sayda sursata sahib olduğunu bildirdi

ABŞ-nin çox sayda sursata sahib olduğunu bildirdi

bununla bağlı xarici KİV məlumat yayıb.Tramp ABŞ-də döyüş sursatı çatışmazlığının olduğunu iddia edənləri yalançı və xain adlandırıb."Bu, həqiqətə uyğun...

en ru

ABŞ Prezidenti ölkənin kifayət qədər sursatına malik olduğunu və ehtiyatların sürətlə artırıldığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Tramp ABŞ-də döyüş çatışmazlığının olduğunu edənləri yalançı və xain adlandırıb.

"Bu, həqiqətə uyğun deyil. Bizdə heç vaxt istifadə edə bilməyəcəyimizdən də çox sursat var və hazırda ehtiyatlarımızı əvvəllər görünməmiş sürətlə yenidən doldururuq", - ABŞ prezidenti qeyd edib.

Ötən həftə ABŞ Müdafiə Nazirliyinin baş inspektoru İrana qarşı müharibənin döyüş sursatı çatışmazlığına və təchizat zəncirində maneələrə səbəb olduğunu açıqlamışdı.

Hesabatda fevral-iyun ayları ərzində ABŞ-nin sursatlara 22 milyard dollardan çox xərc çəkdiyi və bunun strateji ehtiyatlarda çatışmazlıq yaratdığı qeyd olunurdu.

Ağ Ev isə bu hesabatı şərh edərkən ABŞ-nin lazımkindən də artıq sursata sahib olduğunu bəyan etmişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…