Əsas məzmuna keç

Tramp ABŞ-nin hərbi sursat çatışmazlığı ilə bağlı iddiaları təkzib etdi

Tramp ABŞ-nin hərbi sursat çatışmazlığı ilə bağlı iddiaları təkzib etdi

ABŞ-ın keçmiş prezidenti ölkənin hərbi ehtiyatlarının kifayət qədər olduğunu və istehsalın davam etdiyini bildirib.

en ru

ABŞ Prezidenti Tramp ölkənin hərbi ehtiyatlarının tükənməsi ilə bağlı məlumatları təkzib edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" hesabında paylaşım edib.

Məlumata görə, Tramp ABŞ-nin xüsusilə müəyyən növ sursatlar üzrə böyük ehtiyatlara malik olduğunu bildirib və bu istiqamətdə yayılan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, ABŞ-nin müdafiə şirkətləri ölkə tarixində görünməmiş sayda yeni obyekt və zavodlar inşa edir. Trampın sözlərinə görə, tələbat yarandıqca ölkəyə böyük həcmdə yeni sursatlar daxil olur.

Keçmiş bununla yanaşı, hərbi məlumatların mətbuata sızdırılmasını sərt tənqid edib. O bildirib ki, "xain" adlandırdığı sızdırma mənbələrinin müəyyən edilməsi üçün araşdırmalar aparılır və günahkar şəxsləri uzunmüddətli həbs cəzası gözləyir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…