Əsas məzmuna keç

Türkiyədə NATO sammiti ərəfəsində genişmiqyaslı antiterror əməliyyatı: 209 nəfər saxlanılıb

Türkiyədə NATO sammiti ərəfəsində genişmiqyaslı antiterror əməliyyatı: 209 nəfər saxlanılıb

Ankara prokurorluğu terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 241 nəfər barədə həbs qərarı çıxarıb.

en ru

hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyatları nəticəsində 209 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, müxtəlif təşkilatları ilə əlaqədə şübhəli bilinən 241 nəfər barəsində həbs qərarı verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bildirilib ki, əməliyyatlar iyul ayında keçiriləcək NATO ərəfəsində ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi dövrə təsadüf edir. Ankara Valiliyi təhlükəsizlik səbəblərini əsas gətirərək 28 iyun – 10 iyul tarixləri arasında nümayişlərin, mətbuat konfranslarının və digər kütləvi tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edib.

Qeyd olunub ki, 7-8 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar paytaxtda və digər strateji ərazilərdə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Prokurorluğun açıqlamasında əməliyyatların terror qruplaşmalarının fəaliyyətinin ifşa olunması məqsədi daşıdığı vurğulansa da, saxlanılmaların NATO sammiti ilə birbaşa əlaqəsinə dair məlumat verilməyib.

Məlumata əsasən, saxlanılan şəxslərə qarşı irəli sürülən konkret ittihamlar hələlik açıqlanmayıb. Bununla yanaşı, bəzi insan hüquqları təşkilatları saxlanılan şəxslərin ilk saatlarda hüquqi müdafiə imkanları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…