Əsas məzmuna keç

Ankarada NATO sammiti ərəfəsində ciddi təhlükəsizlik tədbirləri görülüb

Ankarada NATO sammiti ərəfəsində ciddi təhlükəsizlik tədbirləri görülüb

Türkiyə paytaxtında keçiriləcək "NATO" Liderlər Zirvəsi ilə əlaqədar şəhərin mərkəzi küçələrində nəzarət-yoxlama tədbirləri gücləndirilib.

en ru

Ankarada keçiriləcək Liderlər Zirvəsi ilə əlaqədar paytaxtda təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şəhərin mərkəzi hissələrində, xüsusilə Tunalı Hilmi küçəsində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı yoxlamalar həyata keçirilir.

Məlumata görə, əməkdaşları şübhəli hesab edilən avtomobilləri və şəxsləri saxlayaraq ciddi nəzarət prosedurlarından keçirir. vasitələrinin sənədləri, sürücülərin vəsiqələri yoxlanılır, zəruri hallarda avtomobillərdə axtarışlar aparılır.

Bildirilib ki, qaydaları pozan və sənədlərində olan sürücülərə qarşı qanunvericiliyə uyğun olaraq inzibati cərimələr tətbiq edilib.

Qeyd olunub ki, NATO Liderlər Zirvəsi ilə bağlı Ankaranın müxtəlif strateji nöqtələrində və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət tədbirləri davam etdirilir. Tədbirlərin əsas məqsədinin ictimai asayişin və ümumi təhlükəsizliyin tam şəkildə təmin olunması olduğu vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…