Əsas məzmuna keç

Kreml Ankaradakı NATO sammitini yaxından izləyəcəyini açıqlayıb

Kreml Ankaradakı NATO sammitini yaxından izləyəcəyini açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankarada keçirilən NATO sammiti ilə bağlı Moskvann mövqeyini bildirib.

en ru

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində baş verən prosesləri diqqətlə izləyəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.

Məlumata görə, NATO sammitinin Moskva üçün ciddi maraq doğurduğunu və tədbir çərçivəsində səsləndiriləcək bəyanatlar, qəbul olunacaq qərarlar və digər proseslərin diqqətlə təhlil ediləcəyini qeyd edib.

Kreml sözçüsü bildirib ki, sammitə hazırlıq dövründə Rusiya ilə bağlı çoxsaylı açıqlamalar verilib. Onun sözlərinə görə, Moskva bu bəyanatların əksəriyyətini qarşıdurma xarakterli hesab edir.

Qeyd edək ki, Ankara çərçivəsində Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir. Bildirilir ki, tərəflər arasında müzakirə olunacaq əsas məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsi və sülh danışıqlarının bərpası perspektivləri olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…