Əsas məzmuna keç

Troyada 2 800 illik aqora üzə çıxarılır: Qədim şəhərin ən qədim bazar yeri aşkarlanıb

Troyada 2 800 illik aqora üzə çıxarılır: Qədim şəhərin ən qədim bazar yeri aşkarlanıb

UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer alan Troya Antik şəhərində aparılan qazıntılar zamanı 2 800 illik aqoranın qalıqları aşkarlanır.

ru en

UNESCO tərəfindən 1998-ci ildə Dünya Mədəni İrsi siyahısına daxil edilən Troya Antik şəhərində davam edir. Təxminən 5 min illik tarixə malik ərazidə işlər Heyətinin rəhbəri, professor Rüstəm Aslanın başçılığı ilə aparılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin icazəsi, Onsekiz Mart Universitetinin koordinasiyası ilə keçirilən çərçivəsində şəhərin təxminən 2 800 il yaşı olan aqorası üzə çıxarılır.

Çanaqqala Onsekiz Mart Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin tarix kafedrasının professoru, Troya qazıntılarının rəhbər müavini Reyhan Körpe bildirib ki, ərazi Troya 6 dövrünə aid cənub qapısının önündə yerləşir.

Onun sözlərinə görə, 2014-cü ildən etibarən ilə Arxaik-Klassik dövr İlionu arasındakı əlaqə araşdırılır. Ərazidə Tunc dövrünün sonlarına aid olduğu düşünülən bazar yeri, yəni aqora olub.

Körpe qeyd edib ki, Tunc dövrü Troyası tərk edildikdən təxminən 80-90 il sonra əraziyə gələn məskunlaşanlar aqoranı yenidən istifadə ediblər. Bu səbəbdən qazılan sahənin Troya şəhərinin ən qədim aqorası olduğu bildirilir.

Aşkarlanan qalıqlar Troya 6 divarlarının bəzi hissələrinin erkən Arxaik dövrdə üzərində evlər tikilərək yenidən istifadə edildiyini göstərir. Tunc dövrü Troyasının bazar yeri sonradan burada məskunlaşanlar tərəfindən aqora kimi fəaliyyətini davam etdirib.

Ərazidəki qazıntılar zamanı cənub qapısına doğru aşağı şəhərdən gələn səki və giriş hissəsi də üzə çıxarılıb. Aqoraya aid tikililərin qalıqları ilə yanaşı, amforalar və müxtəlif saxsı qab parçaları aşkarlanıb.

Tapıntılar erkən Dəmir dövrünə aid edilib. Bu nəticə Troya şəhərinin Tunc dövründən sonra uzun müddət tərk edilmədiyini göstərir. Təxminən 80-90 il sonra əraziyə gələn köçkünlərin köhnə divarların üzərində öz evlərini tikdiyi ehtimal olunur.

Professor Reyhan Körpenin sözlərinə görə, həmin şəxslər keçmişdə “Vilusa” kimi tanınan ərazidə yeni yaşayış məntəqəsi quraraq ona İlios və ya İlion adını veriblər. Beləliklə, qədim şəhərin adı yeni məskunlaşmada da yaşadılıb.

Troya ərazisində qazıntıların növbəti illərdə də davam etdiriləcəyi və Tunc dövrü Troyası ilə İlion arasındakı əlaqənin daha ətraflı araşdırılacağı bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…