Əsas məzmuna keç

Türkiyədə dünyanın ən qədim sülh müqaviləsinin yeni fraqmenti tapılıb

Türkiyədə dünyanın ən qədim sülh müqaviləsinin yeni fraqmenti tapılıb

Hattuşada aşkarlanan mixi yazılı gil lövhə parçasının Kadeş Sülh Müqaviləsinin nüsxələrindən birinə aid olduğu müəyyənləşdirilib.

en ru

Türkiyənin mərkəzi hissəsində yerləşən Het imperiyasının paytaxtı Hattuşada aparılan arxeoloji qazıntılar zamanı Kadeş Müqaviləsinin nüsxələrindən birinə aid yeni mixi yazılı gil lövhə parça aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy verib.

Kadeş sülh müqaviləsinin gil lövhəsi, yapay zekayla üretilmiş

Məlumata görə, tapıntı qədim şəhərin Büyükkale ərazisində reallaşdırılan qazıntılar zamanı üzə çıxarılıb. Təxminən bir il davam edən elmi tədqiqatlar nəticəsində parçanın Het kralı III Hattuşili ilə Misir fironu II Ramzes arasında bağlanan tarixi Kadeş razılaşmasına aid olduğu təsdiqlənib. Tapılan fraqmentdə müqavilənin 12-20-ci maddələrini əhatə edən, ölkələrdən qaçan insanların hüquqi vəziyyəti və mülklərin, evlərin dağıdılmasının qarşısının alınması ilə bağlı müddəalar yer alır.

E.ə. XIII əsrə aid edilən Kadeş müqaviləsi bəşər tarixinin bilinen ən qədim yazılı sülh sazişi hesab olunur. Çorum vilayətinin Boğazqala rayonunda yerləşən və 1986-cı ildən UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Hattuşadakı arxeoloji qazıntılar davam edir. Tədqiqatçılar bu yeni fraqmentin sazişin natamam hissələrinin bərpasına mühüm töhfə verəcəyini bildirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…