Əsas məzmuna keç

Türkiyə Yunanıstana çağırış etdi

Türkiyə Yunanıstana çağırış etdi

Türkiyə Xarici İşlər Nazirliyi Gümülcine və İskeçədə qondarma müftilərin təyin edilməsinin Lozanna Sülh Müqaviləsi və insan hüquqlarına zidd olduğunu bəyan edib.

en ru

Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və azadlığına hörmət etməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.

Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməklə Qərbi Trakya türk azlığının Lozanna Müqaviləsi və beynəlxalq sazişlərlə təminat altına alınan əsas hüquq və azadlıqlarını görməzdən gəlir.

"Yunanıstan öz ölkəsində rəsmi azlıq statusuna malik Qərbi Trakya türk azlığının özünün seçdiyi müftiləri tanımamaqda israr edərək azlığın iradəsini və din azadlığını nəzərə almır, əsas insan hüquqlarına təhrif olunmuş yanaşmasını bir daha ortaya qoyur.

Yunanıstan hakimiyyətini azlığın seçdiyi legitim müftiləri tanımağa və təyin olunmuş müftiləri qəbul etdirmək cəhdlərindən əl çəkməyə çağırırıq", - məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…