Əsas məzmuna keç

Ərdoğan üçün növbəti prezident seçkilərinin mümkün tarixi açıqlandı

Ərdoğan üçün növbəti prezident seçkilərinin mümkün tarixi açıqlandı

Türkiyədə prezident və parlament seçkilərinin 16 aprel 2028-ci ildə keçirilməsi ehtimalı səsləndirilib. Hakim partiya isə hazırda növbədənkənar seçkilərin gündəmdə olmadığını bildirib.

en ru

Türkiyədə növbəti və seçkilərinin 16 aprel 2028-ci il tarixində keçirilməsi gündəmə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentinin baş müşaviri Mehmet Uçum rəsmi açıqlamasında bildirib.

Məlumata görə, Uçum seçkilər üçün irəli sürülən 16 aprel 2028-ci il tarixinin simvolik məna kəsb etdiyini və 2017-ci ildə ölkədə prezident idarəetmə sisteminə keçidi təmin edən referendumun ildönümünə təsadüf etdiyini vurğulayıb. Müşavir əlavə edib ki, konstitusiyaya əsasən, Türkiyə Böyük Millət Məclisi (TBMM) növbəti seçkilərin keçirilməsi barədə vaxtından əvvəl qərar qəbul edərsə, Rəcəb Tayyib sonuncu dəfə öz namizədliyini irəli sürmək hüququ qazanacaq. Bunun üçün parlamentdə ən azı 360 deputatın dəstəyi tələb olunur.

Paralel olaraq, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik məsələyə münasibət bildirərək, partiyanın cari gündəliyində hər hansı növbədənkənar prezident seçkilərinin keçirilməsi planının olmadığını diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…