Əsas məzmuna keç

Ərdoğan: Türkiyənin gündəmində növbədənkənar seçkilər yoxdur

Ərdoğan: Türkiyənin gündəmində növbədənkənar seçkilər yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin erkən seçki çağırışlarına cavab verərək, növbəti seçkilərin 2028-ci ildə olacağını təsdiqləyib.

en ru

Türkiyənin siyasi gündəmində növbədənkənar seçkilərinin keçirilməsi məsələsi yer almır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Əsas müxalifət partiyası olan CHP-nin sədri Özgür Özəl mütəmadi olaraq erkən seçkilərin keçirilməsi ilə bağlı çağırışlar edir.

Lakin Ərdoğan bu iddialara cavab olaraq vurğulayıb ki, növbəti 2028-ci ildə baş tutacaq və başqa bir plan mövcud deyil.

"Bizim gündəmimizdə nə aralıq, nə də növbədənkənar seçkilər var", - deyə qeyd edib.

Bundan əvvəl isə Türkiyə liderinin müttəfiqi, MHP sədri Dövlət Baxçalı da mövcud regional vəziyyət fonunda ölkədə erkən seçkilərin keçirilməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…