Əsas məzmuna keç

Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında yarımfinala çıxacaq

Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında yarımfinala çıxacaq
— Foto: idman.biz

Bilalhəbaşi Nəzərov və Zidan Hünbətov 1/4 finalda qələbə qazanaraq yarımfinala yüksəliblər. Onlara daha əvvəl Məhəmmədəli Aşırəliyev və Nicat Alırzayev qoşulub.

en ru

millisinin dörd boksçusu bu gün Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının yarımfinal döyüşlərində iştirak edəcək. Yarımfinala yüksələn idmançılar ən azı bürünc medalı təmin ediblər.

1/4 finalın son günündə Bilalhəbaşi Nəzərov (50 kq) çexiyalı Filip Horvatı hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə məğlub edib. İkiqat Avropa çempionunun yarımfinaldakı rəqibi israilli David Zaxari olacaq.

Zidan Hünbətov (55 kq) da serbiyalı Nikola Maksimoviçə 5:0 hesabı ilə qalib gəlib. Azərbaycanlı boksçu finala yüksəlmək uğrunda fransalı Kristofer İppokratla qarşılaşacaq.

Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) yarımfinala vəsiqə qazanıblar. Bu gün keçiriləcək döyüşlərin qalibləri qızıl medal uğrunda mübarizəni davam etdirəcəklər.

U-23 Avropa çempionatının final döyüşləri noyabrın 24-də keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…