Əsas məzmuna keç

Trampın “New America” paylaşımına Nyu-Meksiko qubernatorundan reaksiya

Trampın “New America” paylaşımına Nyu-Meksiko qubernatorundan reaksiya

Nyu-Meksiko qubernatoru Mişel Qrişam Donald Trampın ştatın adını xəritədə “New America” kimi göstərməsinə etiraz edib.

ru en

qubernatoru ABŞ Prezidenti Donald Trampın ştatın adını “New Mexico” əvəzinə “New America” kimi göstərən xəritə paylaşımına etiraz edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qrişam bu barədə “X” platformasındakı paylaşımında bildirib.

Qubernator Trampın bu addımla İrandakı müharibə və artan ilə bağlı diqqəti yayındırmağa çalışdığını iddia edib. O vurğulayıb ki, Nyu-Meksikonun adı müzakirə mövzusu deyil və bu ad ABŞ yaradılmamışdan əvvəl də istifadə olunub.

Qrişam amerikalıların ərzaq alış-verişinə daha çox pul xərclədiyini, səhiyyə xidmətlərinə çıxış imkanlarının isə azaldığını bildirib.

“Ağ Ev xəritələrin üzərində rəngləməklə vaxtını boşa xərclədiyi halda, Nyu-Meksiko öz işini görməklə məşğuldur”, – qubernator qeyd edib.

ABŞ-nin keçmiş naziri Deb Haaland da Trampın paylaşımına etiraz edib. O, “X” hesabında Nyu-Meksikonun adını qoruyacağını bildirib və kampaniya tədbirində çəkilmiş videonu yayımlayıb.

Videoda Haaland Trampın Nyu-Meksikonun adını “New America” olaraq dəyişmək istədiyini xatırladıb və bu təşəbbüsü dəstəkləmədiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Nyu-Meksiko ştatının adındakı “Mexico” sözünün üzərindən xətt çəkilərək yerinə “America” yazıldığı xəritə paylaşmışdı. Prezidentin digər paylaşımında isə Kanada, Meksika və Qrenlandiya da daxil olmaqla ətraf ərazilər ABŞ torpaqları kimi göstərilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…