Əsas məzmuna keç

Trampın İrana qarşı planları məlum olub

Trampın İrana qarşı planları məlum olub

ABŞ Prezidenti Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğundan sonra hərbi variantları nəzərdən keçirir.

ru en

ABŞ Prezidenti Tehranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı aparılan danışıqların nəticəsiz qalmasından sonra İrana qarşı genişmiqyaslı endirmək imkanlarını dəyərləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalı öz mənbələrinə istinadən yayıb.

Telekanalın məlumatına görə, hazırda nəzərdən keçirilən hərbi variantlara aşağıdakılar daxildir:

  • İranın siyasi liderlərinə və repressiyalarda ittiham olunan əməkdaşlarına qarşı hava hücumları;
  • Ölkənin strateji nüvə obyektlərinə endiriləcək zərbələr;
  • Hökumət müəssisələrinin hədəfə alınması.

Mənbələr bildirir ki, Amerika lideri hələlik yekun qərar verməyib. Bununla belə, o, ABŞ-nin regiondakı aviadaşıyıcı zərbə qrupunun mövcudluğu sayəsində hərbi imkanların əhəmiyyətli dərəcədə genişləndiyini hesab edir.

Xatırladaq ki, Donald Tramp İrana doğru "nəhəng armada"nın hərəkət etdiyini bəyan etmiş və Tehranı danışıqlar masasına oturmağa çağırmışdı. O, rəsmi Tehranın imtina edəcəyi təqdirdə ölkənin yeni zərbələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…