İranın nüvə məsələləri üzrə vitse-prezidenti Məhəmməd Eslaminin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Vyanada keçirilən baş konfransında çıxış etməsinə Avstriya tərəfindən icazə verilməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, qərar ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqindən sonra qəbul edilib. Adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə əsasən, Eslami bazar ertəsi BMT-nin nüvə nəzarəti üzrə təşkilatında çıxış etməli idi, lakin Avstriya onun ölkəyə girişinə razılıq verməyib. Rəsmi bildirib ki, Eslamiyə Avstriyaya daxil olmağa imkan verəcək və BMT tərəfindən tələb olunan sanksiya istisnasının verilməsindən imtina ABŞ-nin israrlı müraciətlərindən sonra baş verib.
Bildirilib ki, İranın daha aşağı rütbəli nümayəndəsi həftənin sonunda keçiriləcək görüşdə çıxış edə bilər, lakin Tehranın yüksəkvəzifəli nümayəndəsi konfransın başlanğıcında iştirak etməyəcək. Gərginliyin növbəti dəfə artmasından əvvəl Rusiya Prezidenti Vladimir Putin İran və ABŞ arasında atəşkəs barədə memorandumun imzalanmasını Moskvanın alqışladığını, lakin bu atəşkəsin qeyri-sabit və olduqca kövrək olduğunu bildirmişdi.