Əsas məzmuna keç

Tramp Kral III Çarlzla görüşündə kral protokolunu pozub

Tramp Kral III Çarlzla görüşündə kral protokolunu pozub

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzı salamlayarkən kral protokolunun qaydalarını pozub.

ru en

ABŞ Prezidenti III Çarlz ilə görüşü zamanı diqqətçəkən addım atıb.

“Operativ Məlumat Mərkəzi-OMM” "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, o, monarxı salamlayarkən onun çiyninə toxunaraq protokolunun yazılmamış qaydalarını pozub.

Məlumata görə, kral ailəsi üzvləri ilə ilk olaraq fiziki təmas qurmaq qadağandır. Lakin Ağ Evdə baş tutan dövlət səfərinin ilk günündə bu qayda gözardı edilib. Yayılan kadrlarda Trampın əvvəlcə özünəməxsus möhkəm əl sıxma nümayiş etdirdiyi, ardınca isə kralın çiyninə toxunduğu aydın görünür.

Bədən dili üzrə ekspert Cudi Ceyms hesab edir ki, çiynə toxunmaq sadəcə salamlaşma deyil, həm də siyasi bir jest xarakteri daşıyır.

Qeyd edək ki, Böyük monarxının 2007-ci ildən bəri həyata keçirdiyi bu ilk dövlət səfəri aprelin 30-dək davam edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…