PSJ Fransa çempionatının 9-cu turunda “Havr”ı 5:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Aşraf Hakimi üç qol vurub və iki məhsuldar ötürmə edib.
Bu qələbədən sonra PSJ-nin xalı 20-yə çatıb və komanda Liqa 1-in turnir cədvəlinə başçılıq edir. “Havr” cari mövsümdə qələbə qazana bilməyib və çempionatda sonuncu pillədə qərarlaşıb.