Operativ Məlumat Mərkəzi

Tikintidə işçiləri müqaviləsiz işlədənlərdən 1-i barəsində materiallar prokurorluğa göndərilib

1 dəq
Paylaş:
Tikintidə işçiləri müqaviləsiz işlədənlərdən 1-i barəsində materiallar prokurorluğa göndərilib

Keçən il müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilmiş yoxlamalarla 55 tikinti obyektində 75 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlədiyi aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 14-ü haqqında ümumilikdə 186.500 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər