Əsas məzmuna keç

"Tesla" "xAI"yə 2 milyard dollar investisiya yatıracaq

"Tesla" "xAI"yə 2 milyard dollar investisiya yatıracaq

İlon Mask süni intellekt və robototexnika sahəsinə milyardlarla sərmayə ayırır. Cybercab və humanoid robot planları ilə bağlı Vaibhav Tanejanın şok açıqlaması.

ru en

"Tesla" milyarder İlon Maska məxsus şirkəti olan "xAI"yə 2 milyard dollarlıq investisiya qoyduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu addım Maskın "Tesla"nı təmiz elektrik avtomobili şirkətindən daha çox süni intellekt yönümlü bir müəssisəyə çevirmək strategiyası ilə tamamilə uyğundur və bu, şirkətin bazar kapitallaşmasını 1,5 trilyon artıracaq.

"Tesla" "" robotaksisinin istehsalını bu il planlaşdırıldığı kimi davam edəcəyini təsdiqləyib.

"Tesla"nın maliyyə direktoru Taneja şirkətin robotların istehsalını da artırdığını və bu il kapital xərclərinin 20 milyard dolları keçəcəyinin gözlənildiyini bildirib.

Bu investisiya 2025-ci il üçün planlaşdırılan 8,5 milyard dolları xeyli üstələyir və bu da "Tesla"nın süni intellekt və robototexnika sahələrinə aqressiv şəkildə genişlənməsini vurğulayır.

Teslanın 2025-ci il gəliri 3% azalaraq təxminən 94,83 milyard dollara düşüb ki, bu da şirkətin ilk illik gəlir azalmasıdır.

"Tesla" istehsal həcmini qorumaq üçün endirimlərə və ən çox satılan modellərinin daha ucuz versiyalarına etibar edib.

"Wall Street" analitikləri şirkətin 2026-cı ildə əvvəlki illə müqayisədə 8,2% artımla 1,77 milyon avtomobil tədarük edəcəyini proqnozlaşdırırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…