Əsas məzmuna keç

Çindən ABŞ-nin humanoid robotlarla bağlı qərarına sərt reaksiya

Çindən ABŞ-nin humanoid robotlarla bağlı qərarına sərt reaksiya

Pekin Vaşinqtonun FCC qərarını iqtisadi ayrı-seçkilik adlandırıb. ABŞ-nin süni intellektli qurğulara qadağası qlobal təchizat zəncirini necə təhdid edir?

en ru

Ticarət Nazirliyi ABŞ-nin digər ölkələrdə istehsal olunan humanoid robotları milli təhlükəsizlik riski kimi qiymətləndirməsinə sərt reaksiya verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pekin bu addımı Çin şirkətləri və məhsullarına qarşı ayrı-seçkilik kimi qiymətləndirib.

Nazirliyin sözçüsü Federal Rabitə Komissiyasının (FCC) qərarının Pekinin qanuni ticarət maraqlarına ciddi zərər vurduğunu, iki ölkə arasındakı iqtisadi münasibətlərin sabitliyini sarsıtdığını və qlobal sənaye ilə təchizat zəncirlərinə mənfi təsir göstərdiyini bildirib.

Sözçü vurğulayıb ki, Vaşinqton milli təhlükəsizlik anlayışını həddindən artıq genişləndirir və bu qərardan dərhal imtina etməlidir.

O əlavə edib ki, ABŞ bu siyasəti davam etdirəcəyi təqdirdə, Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün qəti tədbirlər görəcək.

Qeyd edək ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) ötən gün milli təhlükəsizlik riski daşıdığı bildirilən rabitə avadanlıqları siyahısını genişləndirib.

Yeni siyahıya humanoid və dördayaqlı robotlar, eləcə də şəbəkələrə inteqrasiya olunmuş invertorları daxil edilib. Bu məhsulların ABŞ-də marketinqi və satışı FCC tərəfindən təsdiqlənməyəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…