Əsas məzmuna keç

ABŞ ordusu süni intellekt səhvinə görə Çin gəmisinə hücumdan son anda yayınıb

ABŞ ordusu süni intellekt səhvinə görə Çin gəmisinə hücumdan son anda yayınıb

Süni intellekt vasitəsilə hazırlanan saxta kəşfiyyat hesabatı ABŞ hərbçilərinin Çin bayraqlı gəmiyə müdaxilə üçün hazırlıq görməsinə səbəb olub. Səhv əməliyyat başlamazdan bir neçə dəqiqə əvvəl aşkarlanıb.

en ru

ABŞ ordusunun çat-botundan istifadə zamanı buraxdığı ciddi səhv 2026-cı ilin yazında, davam edən ABŞ-İran müharibəsi fonunda Çin ilə ABŞ-ni silahlı toqquşmanın bir addımlığına gətirib çıxarıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "CNN" telekanalı məsələ ilə tanış olan etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Havayda yerləşən ABŞ Sakit Okean Xüsusi Əməliyyatlar Komandanlığının analitiki açıq mənbə məlumatları ilə məxfi siqnal kəşfiyyatını təhlil edərkən süni intellekt alətindən istifadə edib. AI sisteminin uydurduğu struktur "halüsinasiyası" (saxta məlumat istehsalı) nəticəsində Yaxın Şərqdə üzən Çin bayraqlı gəminin guya daşıdığı barədə yanlış qənaət formalaşıb. Məlumat insan faktoru tərəfindən təkrar yoxlanılmadan rəsmi kəşfiyyat hesabatı kimi yuxarı komandanlığa təqdim olunub.

Nəticədə ABŞ döyüş təyyarələri dərhal havaya qaldırılıb və xüsusi təyinatlılar Çin gəmisinə basqın etməyə hazırlaşıblar. Əməliyyatın başlamasına dəqiqələr qalmış sənəddəki faktların tamamilə əsassız olduğu aşkarlanıb və böhranın qarşısı alınıb.

Ekspertlər bildirirlər ki, Müdafiə Nazirliyində süni intellekt tərəfindən hazırlanan məlumatların mütləq insan yoxlamasından keçməsini tələb edən vahid protokolunun olmaması böyük təhlükə yaradır. Bu insident ABŞ Prezidenti ilə Çin Si Cinpin arasında sentyabrın 24-də Ağ Evdə keçiriləcək sammit ərəfəsində hərbi texnologiyaların idarə olunması məsələsini yenidən gündəmə gətirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…