Əsas məzmuna keç

ABŞ və Çin nadir metallar üzrə razılaşdı: İxrac məhdudiyyətləri qalır

ABŞ və Çin nadir metallar üzrə razılaşdı: İxrac məhdudiyyətləri qalır

Ağ Ev Çinin nadir torpaq elementləri qıtlığı ilə bağlı ABŞ-ın narahatlıqlarını həll edəcəyini, lakin ixrac nəzarətinin qüvvədə qalacağını açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bazar günü Ağ Ev tərəfindən verilən açıqlamaya görə, nadir elementlərinin qıtlığı ilə bağlı ABŞ-nin narahatlıqlarını aradan qaldıracaq.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, lakin ötən həftə baş tutan liderlər sammitinin yekunlarına əsasən, ABŞ-nin aerokosmik və yarımkeçirici istehsalına zərbə vuran məhdudiyyətlərinin tamamilə ləğv edilməsi gözlənilmir.

2025-ci ilin aprelində ABŞ Prezidenti Trampın tətbiq etdiyi tariflərə cavab olaraq, Pekin bəzi nadir metalların ixracına ciddi nəzarət etməyə başlayıb.

Ötən ilin oktyabrında keçirilən Busan sammitində Çinin bu məhdudiyyətləri aradan qaldıracağına dair vədlər verilsə də, son bəyanatlar ixrac nəzarəti rejiminin qüvvədə qalacağını təsdiqləyir.

Sammitin yekunlarına dair yayımlanan məlumat vərəqəsində qeyd olunur ki, Çin ittrium, skandium və indium kimi kritik mineralların çatışmazlığı ilə bağlı məsələləri həll edəcək.

"Reuters" agentliyinin məlumatına görə, xüsusilə təyyarə mühərriklərində və çip istehsalında istifadə olunan bu elementlərin qıtlığı ABŞ sənayesinə ciddi təsir göstərib.

İlk dəfə olaraq Ağ Ev tərəfindən xüsusi vurğulanan indium elementi yarımkeçirici təchizat zəncirində mühüm rol oynayır. Bu maddə məlumat mərkəzlərində istifadə edilən yeni nəsil fotonik çiplərin istehsalı üçün həyati əhəmiyyət daşıyır.

Bazar payının 40 faizinə sahib olan "Coherent" kimi istehsalçılar bu sahədə fəaliyyətlərini genişləndirirlər. Gömrük məlumatları göstərir ki, son 14 ay ərzində Çindən indium ixracı qlobal miqyasda təxminən üçdə iki, ABŞ-yə isə 77 faiz azalıb.

Ekspertlərin fikrincə, lisenziyalaşdırma prosesi ləngiyərsə, şirkətlər daha yüksək xərclər və istehsal gecikmələri ilə üzləşə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…