Noyabrın 22-də La Liqanın 13-cü turunda “Atletiko Madrid” “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone üçün bu nəticə İspaniya çempionatında 345-ci qələbə olub.
Bu göstərici Simeoneni La Liqada baş məşqçilər arasında qələbə sayına görə rekordçuya çevirib. O, əvvəlki rekordun sahibi Luis Araqonesi geridə qoyub.
Argentinalı mütəxəssis La Liqada 567 matçda komandasına rəhbərlik edib. İspaniyalı Araqones isə çempionatda 756 oyunda baş məşqçi olub. Beləliklə, Simeone daha az matçda Araqonesin qələbə rekordunu üstələyib.