Noyabrın 22-də Portuqaliya Kubokunun 4-cü mərhələsində “Torrinse” ilə “Benfika” üz-üzə gəlib. Görüş “Benfika”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Con Duran, Canluka Prestiani və Yakub Kaminski hərəyə bir qol vurublar. “Torrinse”nin yeganə qoluna Musa Drammeh imza atıb.
“Benfika”nın növbəti rəqibi daha sonra müəyyənləşəcək.