Əsas məzmuna keç

ABŞ Prezidenti Donald Trampın iyul ayına aid maliyyə bəyannaməsi açıqlandı

ABŞ Prezidenti Donald Trampın iyul ayına aid maliyyə bəyannaməsi açıqlandı

ABŞ Prezidenti Donald Trampın maliyyə sənədlərində böyük texnologiya və süni intellekt şirkətlərinin səhmləri ilə bağlı minlərlə əməliyyat açıqlanıb.

en ru

ABŞ Prezidenti Donald Trampın rəsmi maliyyə bəyannaməsində onun adına “Microsoft”, “Nvidia”, “Palantir”, “SpaceX” və “Tesla” kimi nəhəng texnologiya və müdafiə şirkətlərinin səhmləri üzrə minlərlə alqı-satqı əməliyyatının həyata keçirildiyi göstərilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BBC və beynəlxalq maliyyə nəşrləri məlumat yayıb.

Rəsmi sənədlərə əsasən, Trampın maliyyə hesablarında 6,5 milyon dollarla 31 milyon dollar arasında dəyəri olan “Microsoft” səhmləri satılıb, eyni zamanda 165 min dollarla 400 min dollar diapazonunda yeni alış əməliyyatları icra edilib.

Açıqlanan dosye göstərir ki, ümumilikdə mindən çox birja əməliyyatı çərçivəsində çipləri istehsalçısı “Nvidia”, eləcə də ABŞ (Pentaqon) və İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) iri podratçısı olan “Palantir” şirkətinin səhmləri alınıb-satılıb.

Ağ Evin sözçüsü BBC-yə açıqlamasında Trampın investisiya portfelinin tam müstəqil şəkildə üçüncü tərəf olan maliyyə institutları tərəfindən idarə olunduğunu bildirib.

Sözçünün bəyanatında deyilir:

“Nə Prezident Trampın, nə də ailəsinin hər hansı üzvünün portfelin necə investisiya ediləcəyinə, buna təsir göstərməyə və ya investisiyaların nə vaxt alınıb-satılacağına dair hər hansı yönləndirmə, təsir və ya iştirakı var. Burada heç bir maraq toqquşması mövcud deyil”.

Bəyannamədə İlon Maskın rəhbərlik etdiyi aerokosmik və peyk şirkəti “SpaceX”in səhmləri ilə bağlı da minlərlə dollar dəyərində alqı-satqı əməliyyatları öz əksini tapıb. “SpaceX” cari ilin iyun ayında səhmlərini ABŞ-ın “Nasdaq” birjasında kütləvi yerləşdirərək (IPO) ictimaiyyətə təqdim edib. Şirkətin səhm qiyməti iyul və avqust aylarında dəyişkən dinamika nümayiş etdirərək kəskin azalsa da, hazırda ilkin birja qiymətindən 14 faiz yuxarı səviyyədə ticarət olunur.

Eyni zamanda, İlon Maska məxsus elektrikli istehsalçısı “Tesla” şirkətinin səhmləri üzrə də aktiv ticarət əməliyyatlarının aparıldığı bəyannamədə təsdiqlənib.

ötən ilin yanvarında prezidentlik səlahiyyətlərinin icrasına başladıqdan sonra minlərlə birja əməliyyatını ictimaiyyətə açıqlayıb. Son əməliyyatların bəyan edilməsi ABŞ-nin süni intellekt sahəsində qlobal liderlik və təhlükəsizlik strategiyasını intensivləşdirdiyi dövrə təsadüf edir.

Tramp süni intellekt sahəsində normativ məhdudiyyətlərin ABŞ-ni Çin qarşısında geridə qoyacağını müdafiə edərək, təhlükəsizlik bəhanəsilə inkişafın ləngidilməsi çağırışlarını rədd edir. BMT Baş Assambleyasının çərşənbə axşamı keçirilən iclasında çıxış edən ABŞ lideri, süni intellekt texnologiyalarını Amerikanın qlobal üstünlüyünü təmin edəcək “super zəka” konsepti kimi yenidən brendləşdirmək istədiyini bəyan edib. Tramp ABŞ-nin bu texnoloji yarışda mütləq qalib gəlməli olduğunu xatırladaraq “Süni intellekti kim qazanarsa, o da dünyada qalib gələcək” tezisini bir daha vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…