Millinin sabiq üzvü, AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev Ayxan Abbasovun gənc futbolçuları əsas milliyə dəvət etməsini alqışlayıb.
Musayev Eşqin Əhmədov və Nihad Əhmədzadənin U-21 yığmasının heyətində Çexiyaya qarşı oyunlarını canlı izlədiyini bildirib. Onun sözlərinə görə, hər üç futbolçunun potensialı var və onlar gələcəkdə millinin əsas üzvlərinə çevrilə bilərlər.
“Yaşlı futbolçuları dəvət etməkdənsə, belə gənclərə şans vermək lazımdır. Ayxan Abbasovun bu addımını alqışlayıram”, – deyə Musayev bildirib. O, bəzi yerli futbolçularda arxayınlaşmaq xüsusiyyəti olduğunu qeyd edərək, gəncləri bu hissi kənara qoyub daha çox çalışmağa çağırıb.
Eşqin Əhmədov, Nihad Əhmədzadə və Lorenzo Mezzoterono əsas milliyə ilk dəfə dəvət olunublar.