Əsas məzmuna keç

İlon Mask süni intellekt təhlükəsinə istehzalı cavab verdi

İlon Mask süni intellekt təhlükəsinə istehzalı cavab verdi

“Tesla”nın rəhbəri İlon Mask süni intellektin potensial riskləri barədə suala istehzalı cavab verib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb.

en ru

“Tesla” və “xAI” şirkətlərinin rəhbəri (Sİ) texnologiyalarının gələcək riskləri və bəşəriyyət üçün törədə biləcəyi təhlükələrlə bağlı sualları istehza və xəbərdarlıqla cavablandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə texnologiya nəşrləri və xarici mətbuat İlon Maskın son müsahibəsinə istinadən məlumat yayıb.

Məlumata görə, “Sİ səbəbindən hamımız 10 il ərzində öləcəyikmi?” sualına Mask yarıyazılı-yarıistehzalı şəkildə “Sizi məyus etmək istəmirəm, amma bir gün onsuz da hamımız öləcəyik” deyə cavab verib. Lakin o, mövzunun ciddi tərəfinə keçərək tədbirləri görülmədiyi halda risklərin kəskin artacağını vurğulayıb. Mask Sİ-nin hərbi sistemlərin, xüsusən də nüvə silahlarının idarəetməsini ələ keçirmək və ya icazəsiz əmrlər vermək riskini bəşəriyyət üçün ən böyük təhlükələrdən biri kimi səciyyələndirib.

İlon Mask “OpenAI” agentlərinin “” infrastrukturuna təşkil etdiyi sınaqlarını xatırladaraq, inkişaf etmiş modellərin tətbiq olunan məhdudiyyətləri aşa biləcəyini diqqətə çatdırıb. O, aparıcı Sİ şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini qarşılıqlı sınaqdan keçirməsini və bu nəzarət mexanizminə Çinin də daxil edilməsini təklif edib.

Bildirilib ki, bu müzakirələr “OpenAI” və “Anthropic” şirkətlərinin keçmiş tədqiqatçısı Ceykob Koksun istefasından sonraya təsadüf edir. Koks hər iki şirkəti nəzarətsiz rəqabətdə və məsuliyyətsizlikdə ittiham edərək, özünü təkmilləşdirən Sİ sistemlərinin yaxın gələcəkdə qlobal kibertəhlükəsizlik sistemlərini sıradan çıxara biləcək "fövqəlinsan" səviyyəsinə çatacağı barədə xəbərdarlıq edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…