Əsas məzmuna keç

ABŞ-də süni intellektin inkişaf tempinin azaldılması müzakirə olunur

ABŞ-də süni intellektin inkişaf tempinin azaldılması müzakirə olunur

Anthropic şirkətinin rəhbəri Dario Amodei süni intellekt modellərinin hazırlanma sürətinin azaldılmasına çağırıb. Təşəbbüs bəzi texnologiya liderlərindən dəstək alsa da, ABŞ-də bunun ölkənin Çinlə rəqabətinə təsiri ilə bağlı fikir ayrılığı yaranıb.

ru en

ABŞ-də modellərinin inkişaf tempinin azaldılması ilə bağlı çağırış texnologiya sektorunda və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat texnologiya nəhənglərinin və siyasi xadimlərin bəyanatlarına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ mərkəzli "" şirkətinin CEO-su narahatlıqlarını əsas gətirərək modellərin hazırlanma sürətini azaltmağı təklif edib. Onun çağırışı "OpenAI" rəhbəri Sem Altman və "Tesla" CEO-su İlon Mask tərəfindən dəstəklənsə də, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson və senator Con Kornin tənzimləmələrin Çinə üstünlük qazandıra biləcəyini vurğulayıblar. ABŞ Prezidenti isə məhdudiyyətlərin mümkünlüyünü istisna etməsə də, ölkəsinin süni intellekt sahəsində liderliyini qoruyub saxlamalı olduğunu bildirib.

Bildirilib ki, "Microsoft" rəhbəri Satya Nadella monitorinq ideyalarını müsbət qarşılasa da, nəzarətin tək bir qrupda toplanmasının əleyhinə çıxıb. "Cohere" rəhbəri Aydan Qomez və keçmiş rəsmi Devid Saks isə aparıcı şirkətlərin bu cür çağırışlarla bazarda inhisarçılıq yaratmağa çalışdıqlarını iddia ediblər. Qeyd olunub ki, bu müzakirələr tədqiqatçı Ceykob Koksonun hər iki şirkəti məsuliyyətsizlikdə ittiham edərək istefa verməsindən sonra daha da kəskinləşib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…