Əsas məzmuna keç

Teleqram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Teleqram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Məşhur messencer fevralda 1,8 milyondan çox icmanı sildi. Terrorizmlə bağlı resursların ləğvi süni intellekt alətləri ilə aparılır. Şok statistika burada!

en ru

Fevralın 15-də “Telegram” messenceri 235 282 qrup və kanalı silib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” platformanın statistikasına istinadən məlumat yayıb.

Bildirilib ki, bu göstərici yanvarın 23-dən bəri ən yüksək rəqəmdir. Həmin tarixdə 300 840 icma bloklanmışdı.

Məlumata görə, fevral ayının əvvəlindən etibarən ümumilikdə 1 856 069 qrup və kanalı bloklayıb. İlin əvvəlindən bəri silinən icmaların sayı isə 7 256 305-ə çatıb. Onlardan 27 282-nin terrorizmlə əlaqəli olduğu müəyyən edilib.

Şirkət qeyd edib ki, 2015-ci ildən tətbiq olunan moderasiya sistemi istifadəçi şikayətləri və maşın öyrənməsinə əsaslanan proaktiv monitorinq mexanizmləri üzərində qurulub. 2024-cü ilin əvvəlindən etibarən bu mexanizmlər əsaslı alətlərlə daha da təkmilləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…