Əsas məzmuna keç

Tailandın bu əraziləri fəlakət zonası elan edildi

Tailandın bu əraziləri fəlakət zonası elan edildi

Tailandın Mueang, Karon və Patonq bölgələrində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, Daxili İşlər Nazirliyi zərərçəkənlərə maliyyə yardımı ayıracaq.

en ru

Tailandın Phuket adasında daşqınlardan zərər çəkmiş bir neçə rayon fəlakət zonası elan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, adanın bəzi ərazilərində sakinlərin daha təhlükəsiz yerlərə təxliyə edilməsi barədə göstəriş verilib.

Fəlakət zonası elan edilmiş Mueang rayonunda güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. əraziyə ciddi ziyan vurub.

Turistlər arasında populyar olan Karon və Patonq əraziləri adada daşqınlardan ən çox zərər çəkən bölgələr sırasındadır.

Qeyd olunub ki, fəlakət zonası statusu verilmiş ərazilər Tailand Daxili İşlər Nazirliyinin maliyyə kompensasiyası və dəstəyini prioritet qaydada almaq imkanına malik olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…