Əsas məzmuna keç

Əlcəzairdə meşə yanğınları, ölənlər var

Əlcəzairdə meşə yanğınları, ölənlər var

Əlcəzairin şərqindəki təbii fəlakət nəticəsində 12 nəfər dünyasını dəyişib. Nazir Səid Sayutun açıqladığı faciə Bicayə, Cicel və Tizi Vuzu vilayətlərini bürüyüb.

en ru

Əlcəzairin şərqində yanğınları baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 12 nəfər həyatını itirib.

Ölkənin naziri Sayut şərq bölgələrində davam edən yanğınlarla bağlı açıqlama verib.

Nazir bildirib ki, ilkin hesablamalara əsasən, yanğınlar nəticəsində 12 nəfər həlak olub.

Ölənlərin 4-ü Bicayə, 5-i Cicel, 3-ü isə Tizi Vuzu vilayətinin sakinləridir.

Hazırda bölgədə yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlcəzair Mülki Müdafiə Baş İdarəsinin dünən yaydığı məlumata görə, bölgəni əhatə edən isti hava dalğası fonunda 58 meşə yanğını qeydə alınıb.

Onlardan 21-i nəzarətə götürülüb, 37 yanğının söndürülməsi istiqamətində isə işlər davam etdirilir.

Qeyd edək ki, Əlcəzairdə ötən ay baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində 6 nəfər həyatını itirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…