Əsas məzmuna keç

Kanadada meşə yanğınları: 18 min nəfər təxliyə edildi

Kanadada meşə yanğınları: 18 min nəfər təxliyə edildi

Britaniya Kolumbiyası əyalətində tüğyan edən meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib, minlərlə sakin evlərini tərk etməyə məcbur qalıb.

en ru

Kanadanın qərbində Kolumbiyası əyalətində “Bald ” meşə yanğınının sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yanğın nəticəsində minlərlə sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Rəsmi məlumatlara görə, indiyədək təxminən 18 min nəfər edilib, cari yanğın mövsümündə isə ölkə üzrə 20 mindən çox sakin evlərindən çıxarılıb.

Məlumata görə, “Bald Range” yanğınının sahəsi 100 kvadrat kilometri keçib və alov hələ də nəzarətə alınmayıb. Britaniya Kolumbiyasının Devid Ebi vəziyyəti “dinamik və təhdidedici” kimi qiymətləndirib.

Yanğınsöndürənlərin sözlərinə görə, alovun yayılma sürəti son dərəcə yüksəkdir və bəzi yerlərdə yüzlərlə metr hündürlüyə çatır. Güclü yanğın nəticəsində öz hava sisteminin, o cümlədən şimşək çaxmasının yaranması söndürmə işlərini daha da çətinləşdirir.

Təsirə məruz qalan ərazilər arasında Summerland və Peachland yaşayış məntəqələri də yer alır. Bildirilir ki, bəzi ev və əmlaklar yanğın nəticəsində məhv olub, vəziyyətin qəfil dəyişməsi səbəbindən təhlükədə qalan sakinlər xilasedicilər tərəfindən təxliyə edilib.

Qeyd edək ki, yanğınların söndürülməsinə 1500-ə yaxın mütəxəssis cəlb olunub. Əməliyyatlarda Avstraliya, Yeni Zelandiya və Meksikadan gələn yanğınsöndürənlər də iştirak edir. Hazırda əyalətdə 100-dən çox yanğın ocağı ilə mübarizə aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…