Əsas məzmuna keç

Venesuelada 32 nəfərin ölümü ilə nəticələnən zəlzələ baş verdi -YENİLƏNİB

Venesuelada 32 nəfərin ölümü ilə nəticələnən zəlzələ baş verdi -YENİLƏNİB

Cənubi Amerika ölkəsində baş verən güclü təkanlar nəticəsində dağıntılar qeydə alınıb. Fəlakət zonasında xilasetmə əməliyyatları və itkilərin son sayı ilə bağlı təfərrüatlar.

en ru

Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ilkin məlumata görə, azı 32 nəfər ölüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu respublikanın səlahiyyətli prezidenti Delsi Rodriqez bildirib.

Onun sözlərinə görə, bu nəticəsində 700 nəfər zərər çəkib.

Paytaxt Karakasın Çakao bələdiyyəsinin meri Qustavo Dukev isə deyib ki, binaların dağıntıları altından 18 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, vaxtı ilə cümə axşamı gecəsi Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) sonradan 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

***

Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, naziri Diosdado Kabello bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.

"Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub", - daxili işlər naziri deyib.

Karakasdakı Altamira və Palos Grandes seysmik cəhətdən aktiv ərazilərində yaşayış binaları da daxil olmaqla bir neçə bina uçub və insan itkiləri ilə nəticələnib. Kabelyo əlavə edib ki, paytaxtın digər ərazilərində də dağıntılar olub və ölüm halları qeydə alınıb.

Nazir bildirib ki, xilasetmə xidmətləri, yanğınsöndürənlər, bölmələri və mülki müdafiə könüllüləri zədələnmiş binaları təmizləyir və zərərçəkənlərə yardım göstərirlər. O, vətəndaşları zədələnmiş binaları tərk etməyə, yaralılara kömək göstərməyə və nəqliyyata mane olmamağa çağırıb.

Qeyd edək ki, Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.

***

Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…