Əsas məzmuna keç

Peruda güclü zəlzələ: Ölənlər və yaralananlar var

Peruda güclü zəlzələ: Ölənlər və yaralananlar var

Cənubi Amerika ölkəsinin Xunin bölgəsində baş verən yeraltı təkanlar onlarla evin dağılmasına və ciddi insan itkisinə səbəb olub.

en ru

Perunun mərkəzində baş verən iki ardıcıl nəticəsində insan tələfatı və ciddi dağıntılar qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkənin Milli Seysmoloji Mərkəzinin məlumatına əsasən, Xunin bölgəsinin Çupaka əyalətində qeydə alınan zəlzələlərin maqnitudası 5,1 və 3,7 olub. paytaxt Limadan təxminən 300 kilometr şərqdə baş verib.

Məlumata görə, nəticəsində azı 6 nəfər həyatını itirib, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mülki müdafiə rəhbəri Luis Vaskes bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, 48 ev tamamilə dağılıb, daha 18 yaşayış evinə ciddi ziyan dəyib. Nəticədə təxminən 300 nəfər evsiz qalıb və onlar müvəqqəti sığınacaqlara yerləşdiriliblər.

Hadisə yerinə cəlb olunan xilasedicilər və yanğınsöndürənlər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.

Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, zərər çəkmiş ərazidəki yaşayış evlərinin böyük hissəsi kərpic və gil materiallardan tikildiyi üçün seysmik təkanlara qarşı daha həssasdır. dünyada ən aktiv seysmik zonalardan biri hesab olunan Sakit Okean Odlu Qövsü üzərində yerləşir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…