2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.
Bu il 8 və 9 noyabr tarixləri həftəsonuna təsadüf etdiyindən, beşgünlük iş həftəsində 10 noyabr da istirahət günü olacaq.
Beləliklə, qarşıdakı aylarda 8, 9 və 10 noyabr, eləcə də 31 dekabr qeyri-iş günləri olacaq.
Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində ümumilikdə 241 iş günü və 107 istirahət günü var. 40 saatlıq iş həftəsi üzrə illik iş vaxtı norması isə 1922 saatdır.