Təhsil müəssisələrində müəyyən edilmiş məktəbli geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadə edilməsinə yol verilməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişiklik edib.
Qərara əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan geyimlərdən istifadə etməsinə icazə verilməyəcək.
Bundan başqa, ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin də məktəblərdə istifadəsinə yol verilməyəcək.
Məktəblilərin geyimində vahidlik qorunacaq
Yeni dəyişikliklə məktəblərdə müəyyən edilən geyim formasına uyğunluğun qorunması nəzərdə tutulur. Yəni şagirdlərin təsdiq edilmiş məktəbli geyimindən fərqlənən və həmin formanın vahidliyini pozan əlavə geyim elementlərindən istifadə etməsinə məhdudiyyət qoyulur.