Əsas məzmuna keç

Ceyhun Bayramov və Mirzoyan nəqliyyat infrastrukturunu müzakirə edib

Ceyhun Bayramov və Mirzoyan nəqliyyat infrastrukturunu müzakirə edib

XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşdə sülh sazişi və sərhəd delimitasiyası ilə bağlı mühüm addımlar atılıb.

en ru

24 sentyabr 2026-cı il tarixində Respublikasının naziri və Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçiriblər. Azərbaycan və Ermənistan arasında iqtisadi və infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.

Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…