Əsas məzmuna keç

Qrossi Zaporojye AES-ə hücumları qəbuledilməz adlandırdı

Qrossi Zaporojye AES-ə hücumları qəbuledilməz adlandırdı

Enerqodar şəhərindəki nüvə obyektində PUA zərbəsi nəticəsində bir nəfər qaynaqçı həlak olub, Rafael Qrossi tərəfləri maksimum təmkinli olmağa çağırıb.

en ru

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Qrossi əməkdaşların ölümü ilə nəticələnən Atom Elektrik Stansiyasına (AES) hücumları hesab edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BAEA-nın "X"dakı paylaşımında bildirilir.

"Qrossi bildirib ki, atom elektrik stansiyasının əməkdaşlarına qarşı istənilən hücum tamamilə qəbuledilməzdir. Bu, silahlı münaqişə zamanı nüvə təhlükəsizliyi və mühafizəsinin təmin olunması üçün vacib olan yeddi əsas prinsipin pozulması deməkdir”, - paylaşımda qeyd olunub.

Bildirilib ki, Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün münaqişə tərəflərini maksimum təmkin nümayiş etdirməyə bir daha çağırıb.

Xatırladaq ki, ötən gün pilotsuz uçuş aparatının hücumu nəticəsində Zaporojye AES-in təmir sexində çalışan qaynaqçı həlak olub.

Qeyd edək ki, Zaporojye AES 2024-cü il martın 4-də, Ukraynaya qarşı hərbi əməliyyatların ilk günlərində Enerqodar şəhərində baş verən döyüşlərdən sonra qoşunlarının nəzarətinə keçib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…