Əsas məzmuna keç

Səudiyyə Ərəbistanının dörd şəhərində fövqəladə vəziyyət elan edildi

Səudiyyə Ərəbistanının dörd şəhərində fövqəladə vəziyyət elan edildi

Xamis Muşayt, Abha, Cizan və Nəcran sakinləri təhlükəsizlik üçün xəbərdar edildi. Husilərin PUA və raket hücumları fonunda bölgədəki risklər nədən qaynaqlanır?

ru en

Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubunda yerləşən , Abha, Cizan və şəhərlərində potensial təhlükələrlə bağlı xəbərdarlıq yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Xəbərdarlıq da sözügedən şəhərlərdə baş verə biləcək fövqəladə hallara qarşı hazırlıq çağırışı edilib.

Bildirilib ki, bölgədə yaşayan vətəndaşlar və sakinlər özlərinin və əmlaklarının təhlükəsizliyini qorumaq üçün fövqəladə vəziyyət protokollarına əməl etməli, səlahiyyətli qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləməlidirlər.

Lakin açıqlamada potensial təhlükənin xarakteri və konkret səbəbləri barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı əməliyyatlarına cavab olaraq husilər krallığın sərhədyanı bölgələrini və cənub əyalətlərini hədəfə alırlar.

Bölgədəki hərbi obyektlər və strateji əhəmiyyətli infrastrukturlar Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…