Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

RƏSMİ: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

2 dəq
Paylaş:
RƏSMİ: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

Pentaqonun rəsmi məlumatına görə, İrana qarşı əməliyyatların başlanmasından bəri ən azı 390 amerikalı hərbçi yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yaralananlardan 346 nəfəri birbaşa döyüş əməliyyatları zamanı xəsarət alıb.

Zərərçəkənlərin arasında 231 nəfər ordunun şəxsi heyəti, 63 nəfər Dəniz Qüvvələrinin dənizçisi, 19 nəfər Dəniz Piyadası33 nəfər Hərbi Hava Qüvvələrinin hərbçisi yer alır. Hesabatda qeyd olunur ki, yaralıların əksəriyyəti artıq öz xidmətinə qayıdıb.

ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri, daha əvvəl bildirib ki, amerikalı hərbçilərin yaralanmalarının böyük hissəsi İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində baş verib.

Ümumi məlumata görə, bu günə qədər döyüşlərdə 13 amerikalı hərbçi həlak olub. Ölüm hallarından altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında alınıb. Digər hərbçilər isə ABŞ-a məxsus tanker təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax