Əsas məzmuna keç

İrana qarşı əməliyyatlarda 370-dən çox amerikalı hərbçi yaralanıb

İrana qarşı əməliyyatlarda 370-dən çox amerikalı hərbçi yaralanıb

Pentaqon Küveytdəki bazaya PUA hücumu və hərbi qulluqçuların itkiləri barədə yeni detallar açıqladı. Xəsarət alanların son vəziyyəti və şok faktlar burada.

en ru

28 fevralda İrana qarşı başlayan hərbi əməliyyatlar zamanı 370-dən çox amerikalı hərbçi yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Trend" agentliyi istinadən yayıb.

Mərkəzi Komandanlığının sözçüsü bildirib ki, yaralanan hərbçilərdən təxminən 330-u artıq xidmətə qayıdıb, onlardan beşi ağır yaralanıb.

Bundan əvvəl CBS xəbər verib ki, dünən gecə Küveytdəki Əli əl-Salem hava bazasına İranın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində 15 amerikalı hərbçi xəsarət alıb.

Qeyd edək ki, əməliyyatın başlanğıcından bəri 13 amerikalı hərbçinin öldüyünü açıqlamışdı.

Den Keyn isə bildirib ki, Amerika qoşunlarının xəsarət almalarının əksəriyyəti İranın pilotsuz təyyarələrinin zərbələri nəticəsində baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…