Əsas məzmuna keç

Yəmən Taizə hava zərbəsi endirib?

Yəmən Taizə hava zərbəsi endirib?

Husilərin hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Ədən səmasında PUA-lar vurularkən, Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri gərginliyi artırır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Yəmənin hökumət qüvvələri son üç saat ərzində Taiz əyalətinin bir neçə rayonuna 20 hava zərbəsi endirildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi husilərin bölmələri, toplanış məntəqələri, qüvvəsi, vasitələri və hərbi texnikası olub.

Hökumət qüvvələri hədəflərə birbaşa zərbələr endirildiyini və bunun nəticəsində husilərin canlı qüvvəsi və texnikasının itkilər verdiyini bildirib.

Yəmən hökumət qüvvələri Taiz əyalətinin sakinlərinə husilərin qoşun və təchizat daşınması üçün istifadə etdiyi yollardan uzaq durmaq barədə xəbərdarlıq edib.

Hökumət qüvvələrinin nümayəndəsi həmçinin hava hücumundan müdafiə bölmələrinin şəhərinin hava məkanında husilərə məxsus pilotsuz uçuş aparatlarını ələ keçirərək məhv etdiyini bildirib. Onun sözlərinə görə, dronlar mülki ərazilərə zərbə endirə bilməyib.

Bununla yanaşı, Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husiləri oktyabrın 1-də müsəlmanlar üçün müqəddəs şəhər olan Mədinədə Səudiyyə Ərəbistanına məxsus elektrik stansiyasına hücum etməkdə ittiham edib.

Qətər, Misir, BƏƏ, Bəhreyn, Küveyt və İordaniya ilə yanaşı, Pakistan, və Dünya İslam Birliyi də husilərin Mədinədə mülki infrastruktura hücumunu pisləyib.

Husilərin nəzarətində olan "SABA" xəbər agentliyi isə bu ittihamı rədd edib. Hərəkat hadisə ilə bağlı məlumatları "yalan" adlandıraraq, bunun Səudiyyə Ərəbistanının müsəlmanlar üçün müqəddəs Məkkə şəhərinə əvvəlki hücum ittihamını təsdiqləyə bilməməsini ört-basdır etmək məqsədi daşıdığını bildirib.

Bundan əlavə, Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi, briqada generalı Yəhya Səri son 24 saat ərzində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya məxsus təyyarələrin Yəmənin üç əyalətinə 47 hava və raket zərbəsi endirdiyini açıqlayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində rabitə şəbəkələri və məktəblər də daxil olmaqla mülki infrastruktura maddi ziyan dəyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…