Əsas məzmuna keç

Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu rəsmən təsdiqləndi

Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu rəsmən təsdiqləndi

Nazirlər Kabinetinin yeni qərarı ilə aqrar sahədə idarəetmə sistemi yenilənib, tabelikdəki dövlət xidmətləri və agentliklərin iş prinsipi dəyişdirilib.

en ru

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra qurumların strukturu təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı qərar imzalayıb.

Sənədə əsasən, " Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının işçilərinin say həddi 120 ştat vahidi kimi təsdiq olunub.

Bundan başqa, sənədə görə, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun işçilərinin say həddi 670 ştat vahidi, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun işçilərinin say həddi 221 ştat vahidi kimi təsdiq edilib.

Sənəddə qeyd edilib ki, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)" təsdiq olunub, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…