Əli Hidayət oğlu Əsədov
Azərbaycanın Baş naziri
Tərcümeyi-hal
Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 134 nömrəli orta məktəbi bitirib, 1974–1978-ci illərdə Moskvada G. V. Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1981–1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Moskvadakı İqtisadiyyat İnstitutunun aspiranturasını bitirərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laboratoriya müdiri işləyib, 1978–1980-ci illərdə hərbi xidmətdə olub. 1985–1989-cu illərdə həmin institutda kiçik və böyük elmi işçi vəzifələrində çalışıb. 1989–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent və kafedra müdiri olub. 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
1998-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci il noyabrın 29-da Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2017-ci ildən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışıb.
2019-cu il oktyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2024-cü il fevralın 16-da yenidən Baş nazir təyin olunub. 1993-cü ilin fevralından Yeni Azərbaycan Partiyasının üzvüdür, partiyanın Siyasi Şurasının üzvüdür.
Xəbərlərdə
-
Əli Əsədov yeni qərara imza atıb 23 oktyabr 2026
-
Əli Əsədov QƏRAR İMZALADI 22 oktyabr 2026
-
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə görüşüb 16 oktyabr 2026
-
Baş nazir Əli Əsədov Laos Prezidenti ilə görüşüb 14 oktyabr 2026
-
Əli Əsədovdan YENİ QƏRAR 9 oktyabr 2026
-
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü 10 sentyabr 2026
-
Əli Əsədov Lyu Haysinlə görüşdü - Foto 8 sentyabr 2026
-
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı ünvanladı 31 avqust 2026
-
Əli Əsədov Oljas Bektenovu təbrik edib 31 avqust 2026
-
Əli Əsədov yeni qərar imzaladı 4 avqust 2026
-
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü 30 iyul 2026
-
Əli Əsədov TƏBİB-lə bağlı qərar verdi 28 iyul 2026
-
Əli Əsədov yeni əmr imzaladı 27 iyul 2026