Samir Rauf oğlu Şərifov
Baş nazirin müavini
Tərcümeyi-hal
Samir Rauf oğlu Şərifov 1961-ci ildə anadan olub. 1983-cü ildə Kiyev Dövlət Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirib.
1983–1987-ci illərdə xarici nəqliyyat birliyinin idarəsində müfəttiş vəzifələrində çalışıb, 1987–1990-cı illərdə Yəmən Xalq Demokratik Respublikasında energetika layihəsində mühəndis işləyib. 1991-ci ilin yanvarından oktyabrınadək dövlət ticarət şirkətinin idarə heyəti sədrinin müavini olub. 1991–1995-ci illərdə Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr istiqamətində katibdən şöbə müdirinədək vəzifələrdə işləyib. 1995–2000-ci illərdə Milli Bankın valyuta tənzimlənməsi departamentinin direktoru, 2000–2001-ci illərdə Milli Bankın baş direktoru olub.
2001-ci il yanvarın 3-dən 2006-cı il aprelin 18-dək Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 2006-cı il aprelin 18-dən 2025-ci il yanvarın 10-dək Azərbaycan Respublikasının maliyyə naziri olub. 2025-ci il yanvarın 10-dan Azərbaycan Respublikası Baş nazirinin müavinidir.
Xəbərlərdə
-
Samir Şərifova daha bir vəzifə həvalə edilib 7 fevral 2025
-
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq 27 yanvar 2025
-
Samir Şərifov Baş nazirin müavini təyin edildi 10 yanvar 2025
-
Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM 27 aprel 2024
-
Samir Şərifov səs verib 7 fevral 2024