Əsas məzmuna keç
Yaqub Abdulla oğlu Eyyubov
Foto: president.az, CC BY 4.0

Yaqub Abdulla oğlu Eyyubov

Baş nazirin birinci müavini

Mənbə: nk.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Yaqub Abdulla oğlu Eyyubov 1945-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu, daha sonra həmin institutun aspiranturasını bitirib. Texnika elmləri doktoru, professordur; Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının üzvüdür.

1964-cü ildə maşınqayırma zavodunda fəhlə işləyib, 1964–1968-ci illərdə hərbi xidmətdə olub. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun komsomol komitəsində, 1972–1973-cü illərdə həmin institutda laborant vəzifəsində çalışıb. 1973–1975-ci illərdə partiya komitəsi katibinin müavini olub. 1975–1983-cü illərdə institutda müəllim və inzibati vəzifələrdə, 1983–1992-ci illərdə prorektor, 1992–1997-ci illərdə kafedra müdiri işləyib.

1997-ci ilin martından 1999-cu ilin iyuluna qədər Əməyin Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin sədri olub. 1999-cu il iyulun 10-dan 2003-cü il fevralın 13-dək Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. 2003-cü il fevralın 13-dən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə