Şahin Abdulla oğlu Mustafayev
Baş nazirin müavini
Tərcümeyi-hal
Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə anadan olub. 1989-cu ildə N. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.
1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib, 1991–1992-ci illərdə kiçik müəssisədə baş mühasib işləyib. 1992–1999-cu illərdə vergi müfəttişliyi sistemində müfəttişdən şöbə müdirinədək vəzifələrdə çalışıb. 1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində, 2000–2003-cü illərdə Vergilər Nazirliyində şöbə müdiri müavini və şöbə müdiri olub. 2003–2005-ci illərdə Dövlət Neft Şirkətində baş mühasib və departament rəhbəri, 2005–2006-cı illərdə şirkətin vitse-prezidenti vəzifəsində işləyib. 2006-cı ilin sentyabrında vergilər nazirinin birinci müavini təyin edilib.
2008-ci il oktyabrın 31-dən 2013-cü il oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü il oktyabrın 22-dən 2016-cı il yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri, 2016-cı il yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək iqtisadiyyat naziri olub. 2019-cu il oktyabrın 22-dən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.
Xəbərlərdə
-
Şahin Mustafayev Fərzanə Sadiq ilə görüşüb 28 sentyabr 2026
-
Şahin Mustafayev Ermənistanda səfərdədir 29 aprel 2026
-
Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb 8 dekabr 2025
-
Şahin Mustafayev Aleksandr Novakla görüşüb 26 noyabr 2025
-
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub 24 sentyabr 2025
-
Şahin Mustafayev Təbrizə səfər edib 23 sentyabr 2025
-
Pezeşkian Şahin Mustafayevi qəbul edib 23 sentyabr 2025
-
Şahin Mustafayev İrana səfər edəcək 6 avqust 2025
-
Pezeşkian Şahin Mustafayevi qəbul etdi 21 yanvar 2025
-
Şahin Mustafayev Mher Qriqoryan ilə görüşdü 1 noyabr 2024
-
Pezeşkian Şahin Mustafayevi qəbul edib - FOTO 14 oktyabr 2024
-
Baş nazirin müavini Şahin Mustafayev səs verib 1 sentyabr 2024