Əsas məzmuna keç

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb

Nazirlər Kabinetinin sədri Hüseyn İbrahim Taha ilə Bakıda keçirilən təkbətək söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

en ru

Azərbaycanın Baş naziri oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.

Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkəmizin İƏT-in beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi qeyd olunub.

İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərə toxunulub. Azərbaycanla təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…