Əsas məzmuna keç

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat...

en ru

Şəmkirdə 13 il əvvəl törədilmiş hadisəsinin üstü açılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir rayonunda 5 avqust 2013-cü il tarixində 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.

İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.

22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.

üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…